Bakıda hər gün 1,6 milyondan çox sərnişin daşınır

12.08.2020 - 12:31

Bu gün 163 marşrut (153 müntəzəm və 10 ekspres) üzrə 2 130 ədəd avtobus xətlərə çıxarılıb ki, bu da indiyə qədər qeydə alınan rekord göstəricidir.

Bu barədə virtualaz.org-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat veriblər.

Məlumata görə, məqsəd hər gün 20-25% artan sərnişin tələbatını qarşılamaqdır. Son statistik məlumatlara əsasən, sərnişin axınında da ən maksimal göstərici müşahidə olunur. Belə ki, hazırda gün ərzində 1,6 milyondan artıq sərnişin səfər sayı qeydə alınır.

BNA mövcud vəziyyətdə avtobusların rahat və maneəsiz hərəkətinin vacibliyini nəzərə alaraq fərdi avtomobil sürücülərindən bu məsələdə anlayışlı olmağı xahiş edir: “Tövsiyə edirik ki, mümkün qədər yollarda avtobusların hərəkətinə üstünlük versinlər, dayanma-durma və parklanma qaydalarına əməl etsinlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=152082

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728