Xəzərdə dalğanın hündürlüyü 4,8 metrə çatıb – Faktiki hava

22.08.2020 - 11:48

Avqustun 22-si səhərədək bəzi şimal-qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi güclənib.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, düşən yağışın miqdarı Balakəndə 20, Ceyrançöl, Qrız, Daşkəsən, Zaqatalada 1 mm olub.

Şimal-qərb küləyi arabir Gəncə, Neftçalada 20 m/s, Ağstafada 18 m/s, Şəmkirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Qum adasında 28 m/s, Bakıda 27 m/s, Çilov adası, Pirallahıda 25 m/s, Maştağa, Sumqayıtda 24 m/s, Ələt, Neft Daşlarında 22 m/s, Binədə 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,8 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-34, aran rayonlarında 32-37, dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 32-39 dərəcə isti olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=152745

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728