“Qarabağ” – “Molde” matçının vaxtı məlum oldu

01.09.2020 - 10:26

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç “Molde”si ilə keçirəcəyi oyunun vaxtı müəyyənləşib.

Bu barədə “Report”a Ağdam təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. O, qarşılaşmanın böyük ehtimalla, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyini və saat 20:00-da başlayacağını söyləyib.

Klub rəsmisi son qərarın UEFA tərəfindən açıqlanacağını diqqətə çatdırıb: “Biz matçı 16 sentyabr saat 20:00-a təyin etmək istədiyimizi Avropa futbol qurumuna bildirmişik. Son qərarı isə UEFA verəcək”.

Qeyd edək ki, “Molde” “Qarabağ”la matçın neytral meydana təyin olunmasını istəyib, Ağdam klubu buna rədd cavabı verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=153302

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728