Azərbaycanda 14,9 mln kVts enerji itirilib

12.09.2020 - 11:18

Bu ilin yanvar – avqust aylarında “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən Bakı və regionlar üzrə 1 088 kənar xəttdən istifadə və xüsusi qurğular ilə 12 müdaxilə faktı qeydə alınıb.

Bu barədə “Report”a “Azərişıq”dan bildirilib.

Məlumata görə, itirilmiş enerjinin miqdarı 14 mln 884 min 492 kVts həcmində olub. Bu isə 1 mln 406 min 227 manat deməkdir. İstehlakçı bilməlidir ki, Uçot komplektinə müdaxilə üsullarının müxtəlif olmasına baxmayaraq, bu gün, aşkarlanmayan qüsur yoxdur.

Belə ki, “Azərişıq” ASC tərəfindən quraşdırılan müasir sayğaclar rəqəmsal olmaqla yanaşı, yük dinamikasına nəzarət funksiyasını və digər əlavə müdaxilə hallarını arxivləşdirən yaddaşa malikdir ki, bu da yerində müdaxilə hallarının aşkarlanması zamanı operativliyi təmin edir. Ayrıca qeyd etmək istəyirik ki, müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilmiş sayğac-test laboratoriyası və bu sahədə işləyən beynəlxalq şirkətlərdə ixtisaslaşmış peşəkar əməkdaşların olması belə halların dərhal aşkarlanmasını tam təmin edir.

Qeyd edək ki, uçot işinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində “Azərişıq”ASC tərəfindən “Ağıllı Şəbəkələr” konsepsiyası çərçivəsində aparılan silsilə tədbirlər nəticəsində smart uçot cihazları və onların mərkəzləşdirilmiş idarəetmə sistemi, Avtomatik İdarəetmə və Nəzarət mərkəzləri ilə istənilən müdaxilə halı dərhal aşkar olunur, elektron qeydə alınır, aktlaşdırılır və bu kimi talançılıq faktları barədə hüquq-mühafizə orqanlarına müvafiq qaydada müraciətlər ünvanlanır.

Xatırladaq ki, elektrik enerjisi strateji məhsuldur, onun əldə edilməsi üçün əsas xammal – təbii sərvətlərimizdir. Hər bir vətəndaş, belə şəxslərin əməllərini ictimai qınaq predmetinə çevirməli, elektrik şəbəkələrinə icazəsiz qoşulma və ya elektrik şəbəkəsi obyektlərinin işinə müdaxilə etməsi haqda “Azərişıq” ASC-nin fasiləsiz fəaliyyət göstərən 199 Çağrı Mərkəzinə vaxtında məlumat verməli, bununla da sərvətlərimizin talanması hallarının, həmçinin müdaxilələr səbəbindən baş verə biləcək qəzaların qarşısını almağa kömək etməlidir.

“Azərişıq” ASC olaraq, qanunsuz yola baş vuran abonentlərə bir daha müraciət edirik, onları dövlət əmlakını mənimsəməkdən, oğurluq etməkdən çəkinməyə çağırırıq.

Kənar xətt və xüsusi qurğular vasitəsiylə enerji təchizatına qanunsuz müdaxilə edən şirkət və müəssisələrlə yanaşı MTK- lar da var. Növbəti dəfə belə qanunsuz hallara yol verən, oğurluqla məşğul olanların siyahısı mediaya təqdim olunacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154067

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031