Çavuşoğlunun “tvit”inin pərdəarxası

09.10.2020 - 10:23

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun oktyabrın 6-da Azərbaycana səfəri zamanı “Twitter”də paylaşdığı status ölkəmizdə rəğbətlə qarşılanıb. Eyni zamanda XİN rəhbərinin bu statusu ölkəsində də ciddi rezonans doğurub.

M.Çavuşoğlu yazıb: “Can Azərbaycanın Prezidenti İlham Əliyevə Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın salamını və dəstəyini çatdırdıq. BİZ BİR MİLLƏTİK! Ehtiyac olarsa, bir dövlət kimi davranacağımızdan heç kimin şübhəsi olmasın. Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir!”

Qardaş ölkənin XİN rəhbərinin “gərəkirsə, bir dövlət olarıq” fikirlərinin arxasında nələrin dayandığı, bununla onun hansı beynəlxalq güclərə mesaj ünvanladığı yönündə çoxsaylı müzakirələr açılıb. Hər kəsə bəllidir ki, təsavüzkar Ermənistan regionu qarışdıra biləcək çapda olan ölkə deyil.

O zaman türkiyəli nazirin bu “tvit”i kimlərə mesajdır?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov: “Çavuşoğlu bu bəyanatla onu göstərmək istəyir ki, yaxın olan koordinasiyanı daha da gücləndirək. Burada bir dövlətdən o mənada söhbət gedir ki, koordinasiya bir dövlətdə necədirsə, o cür də olmalıdır. Birmənalı şəkildə əməkdaşlığın səviyyəsindən də söhbət getdiyini deyə bilərik. Təbii ki, bunu dostlarımız da qəbul etməlidir. Bir dövlətdə dərdimiz də, xeyrimiz də birdir. Bu baxımdan hərbi məsələlərin də burada nəzərdə tutulduğu şübhəsizdir.

Elçin Mirzəbəyli: İlin sonunda bu göstəricilər daha yüksək olacaq

Elçin Mirzəbəyli: “Bir dövlət olarıq” o deməkdir ki…”

Siyasi ekspert Elçin Mirzəbəyli “tvit”in mənasını belə açdı: “Çavuşoğlunun ”Gərəkirsə, bir dövlət oluruz” bəyanatı çox dəqiq ifadə olunmuş mesajdır və qardaş Türkiyənin Azərbaycanın haqlı mücadiləsi ilə bağlı dəyişməz mövqeyini ifadə edir. “Bir dövlət olarıq” o deməkdir ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün başlatdığı əks-hücum əməliyyatına hər hansı üçüncü tərəf müdaxilə etmək niyyəti güdərsə, o zaman Türkiyənin bütün hərbi və iqtisadi potensialı Azərbaycanın yanında olacaq. Hörmətli Mövlud bəy kifayət qədər açıq və hər kəsin anlaya biləcəyi bir bəyanat səsləndirib. İndiki şəraitdə bu mesajın konkret hədəfi Emmanuel Makron və ikibaşlı, simasız mülahizələrlə çıxış edən bəzi dövlətlərin təmsilçiləridir. Türkiyə xarici işlər nazirinin bəyanatı həm də xəbərdarlıq xarakteri daşıyır. Əgər birdən kimsə işğalçı Ermənistana dəstək vermək niyyətinə düşərsə, o zaman qarşısında Türkiyəni görəcək”.

Tofiq Zülfüqarov — Vikipediya

Tofiq Zülfüqarov: “Koordinasiya bir dövlətdə necədirsə…”

Siyasi şərhçi Əhəd Məmmədli vahid dövlətdən də söz açdı: “Bu mesaj Rusiya, Fransa, ABŞ-a verilib ki, Qarabağ savaşında Türkiyə sonunadək Azərbaycanın yanındadır. Proseslər bir dövlət-bir millət məcrasında gedir. Biz bu məsələyə kompleks şəkildə yanaşmalıyıq. Bəziləri vahid dövlət məsələsini bilərəkdən, ya bilməyərəkdən səhv yönə yozurlar. Guya Azərbaycanı Türkiyəyə birləşdiririk. Vahid dövlət konsepsiyasında heç kəs heç kəsə birləşmir. İki və ya daha çox tərəf bərabərhüquqlu şəkildə vahid dövlət çətiri altında birləşirlər. Bu, konfederasiya, federasiya və s. modellər ola bilər. İsveçrə və ya Avropa Birliyi modelindən də istifadə edə bilərik. Bunlar hamısı sonranın işləridir. İndinin işi Azərbaycanın çox yaxın zaman keşiyində ərazi bütövlüyünə qovuşub, Qarabağımızı tam azad etməsidir. İndiki işin vacibliyində Çavuşoğlunun bu sözləri yerində olan məsələdir. Bununla qardaş Türkiyə dünyaya göstərir ki, sona qədər Azərbaycanın haqq savaşında onun yanındadır”.

Politoloq Məhəmməd Əsədullazadə isə bunları düşünür: “Azərbaycanın Qarabağda Ermənistanın işğalçı silahli qüvvələrinə qarşı əks-həmlə əməliyyatı uğurla davam edir. Bu əməliyyatda Türkiyənin siyasi dəstəyi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə demək olar ki, Türkiyə məhz Qarabağ məsələsində aktiv olaraq regionda ərazi bütövlüyünün təmini istiqamətində öz potensialını ortaya qoyaraq həm də mövqeyini gücləndirmiş olur. Biz görürük ki, Ermənistana bir neçə dövlət dəstək verir. Bu da Ermənistanın Qarabağdan kənar təxribatlarına gətirib çıxarır. Ermənistanın Fransanın dəstəyi ilə bu istiqamətdə təxribatları bütövlükdə Azərbaycana qarşı işğalçı siyasətin tərkib hissəsidir. Məhz İrəvanın Azərbaycanın iri şəhərlərini atəşə tutması əlbəttə ki, Türkiyəni narahat etməyə bilməz. Azərbaycanı Ermənistan provokasiyaya çəkib, öz ərazilərinin vurulmasına çalışır. Nəticədə münaqişədə zərərçəkən obrazı yaratmaq istəyir. Hesab edirəm ki, Çavuşoğlu bu açıqlaması ilə Ermənistan və onu buna təhrik edən dövlətlərə mesaj verir ki, Azərbaycan və Türkiyə bir dövlət olaraq bu hücumlara qarşı durub Azərbaycanı qoruyacaq, təxribatların qarşısını alacaq. Bu çox ciddi mesajdır. Düşünürəm ki, Ermənistan və havadarları nəticə çıxarmalıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=155697

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31