Paşinyan kamikadzeliyi seçdi – hərbi canilər özlərinin və Ermənistanın sonunu gətirir

17.10.2020 - 16:26

Yer üzünün erməni adlı bir şərəfsizliyi, ləyaqətsizliyi var. Bütün alçaqlıqları özündə birləşdirir Ermənistan. De-fakto terror ölkəsidir. İşğalçılıq siyasətinin qurbanına çevrilən, artıq məhvin astanasında olan Ermənistan Azərbaycanın 30 ilə yaxındır işğal altındakı torpaqlarından it kimi qovulur. Artıq Cəbraylın, Füzulinin mərkəzində, Suqovuşanda, Hadrutda Azərbaycan bayrağı dalğalanır. Vətən, azadlıq müharibəsi aparan Azərbaycan əsgəri inamla irəliləyir və ən qısa müddətdə bütün torpaqlarımızı azad edəcək. Bunu ermənilər, Paşinyan da dərk edir.

Döyüş meydanında Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyən ermənilər indi ölümünə günlər qalmış quduz it kimi davranırlar.
Məğlub Paşinyan və erməni ordusu əlində qalan azsaylı mərmilərlə yalnız mülki, din əhalini bombalayır. Bütün dünyanın gözsü önündə dövlət səviyyəsində terror, hərbi cinayətlər törədirlər.

Məqsədləri qələbə xəbərlərini dalbadal alan və yüksək vətən eşqinə bürünmüş, azadlıq müharibəsinə köklənmiş, yumruq kimi Ali Baş Komandanın ətrafında birləşmiş vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq cəhdidir.
Azərbaycan ordusu kənd-kənd, şəhər-şəhər, oba-oba öz ərazilərini işğaldan azad etdikcə, döyüş meydanından qaçan düşmən döyüş zonasına heç bir aidiyyəti olmayan Gəncədə, Tərtərdə, Naftalanda, Gotanboyda, Beylqanda, Bərdədə dinc əhalinini hədəfə alır və terror, hərbi cinayətlər törədirsə, deməli, onlar məğlubiyyətləri ilə barışaraq, ən son məqamda ən böyük şərəfsizlikləri həyata keçirirlər.
Məqsədin nə olmasından asılı olmayaq, Ermənistan, konkret olaraq onun baş naziri Paşinyan, müdafiə nazir Tonoyan – Soros uşaqları hərbi cinayətlər törətməklə Azərbaycanda heç bir təşviş, ruh düşkünlüyü yarada bilməyəcəklər. Əksinə, alçaq ermənilərin törətdiyi cinayətlərdən xalq daha da qəzəblənir və daha böyük mübarizliklə gedir düşmən üstünə. Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib!
Düzdür, təbii ki, çox acıyırıq, ağrıyırıq soydaşlarımızın, körpələrimizin yatdığı yerdə mənfur düşmənin hərbi cinayətlərinin qurbanı olmasna. Ancaq davamlı qələbə xəbərləri ilə ovutduğumuz ağrılarımızın 10, 100 qatını yaşadırıq və daha böyük miqyasda yaşadacağıq düşmənə.
Azərbaycan xalqı, ordusu hərbi əməliyyatların məntiqi sonluğadək davam etdirilməsini əzmində, gücündədir!

Biz bu azadlıq müharibəsini qələbə ilə başa çatdıracağıq, daha güclü – ərazi bütövlüyünü təmin etmiş bir dövlət, qalib xalq olacağıq və inkişaf yolumuzda böyük sürətlə davam edəcəyik.
Ermənistan isə qüdrətli ağlını başına yığıb, işğalçılıq siyasətindən əl çəkmək, torpaqlarımızı azad edib rədd olmaq, toparlanıb yaşamaq əvəzinə, tamamən özünüməhv yolunu seçib. Faktiki olaraq Paşinyanın timsalında Ermənistan kamikadezlik edir: Atdıqları bombanın qəlpələri dinc insanlarımızla yanaşı, onların özlərinin də sonunu gətirir. Paşinyan hazırda belinə bomba bağlayıb, özünü partladan terrorçu təsiri bağışlayır. Bir fərq ondadır ki, Paşinyan bunu dövlət səviyyəsində – hərbi cinayət olaraq həyata keçirir. Bu cinayətlər Azərbaycanı sarıtmayacaq, amma belinı bomba bağlamış Paşinyanın özünü və Ermənistanı tamamən məhv edəcək!

Bu cür davranışlarla Ermənistan bir dövlət olaraq sonunu gətirir: Azərbaycanın rəşadətli ordusu dinc əhalimizi atəşə tutan düşmənin hərbi bazalarını, əsgərlərini durmadan məhv edir. Son 24 saatlıq xəbərlər, yayılan videolar onu deməyə əsas verir ki, təkcə bir gün ərzində 500-dən çox erməni hərbçisi, onlarla texnika, bir təyyarə məhv edilib! Beləliklə, düşməndən qisasımızı alırıq, həm də onun hərb, iqtisadi sferalarına ayağa qalxa bilməyəcək səviyyədə zərbə vururuq.

Daha sonra isə qarşıda beynəlxalq miqyaslı cinayətlərə görə Ermənistan rəhbərliyinin məsuliyyətə cəlb edilməsi üçün də addımlar atılacaq. Bu ölkənin cinayətkar rəhbərliyinin mühakiməsi də qaçılmaz olacaq. Paşinyanın, Tonoyanın törətdikləri məhz hərbi cinayətdir. Hərbi cinayət terror cinayətinə nisbətən daha ağır və bəşəriyyət əleyhinə yönələn 3 əsas beynəlxalq cinayətdən biridir. Digərləri isə soyqırım və insanlıq əleyhinə cinayətlərdir. Bunların hamısını törədir Paşinyan. Daha 90-cı illər deyil, bütün layiqli cavablarını alacaq bu canilər. Məhv olmuş Ermənistan və onun xalqı isə azı 50 il özünə gələ bilməyəcək…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156258

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031