“Mediamızın keyfiyyətinin artırlmasına ciddi ehtiyac var” – Cavanşir Feyziyev

06.02.2021 - 10:54

“Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ardıcıl, fasiləsiz və sistemli yanaşma tələb edən bir fəaliyyətdir. Bu fəaliyyət müharibədən əvvəl nə qədər vacib idisə, qələbədən sonra da bir o qədər aktuallığını saxlayır.

Xüsusilə işğal etdikləri ərazilər əllərindən çıxdıqdan sonra ermənilər ölkəmizə qarşı qarayaxma kampaniyasını daha da genişləndirib və beynəlxalq təşkilatlarda və mediada Azərbaycana qarşı çoxsaylı böhtan xarakterli iddialar irəli sürürlər”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Cavanşir Feyziyev bildirib.

Onun sözlərinə görə, hazırda müharibədə məğlub olan düşmən bütün yollara əl ataraq informasiya müharibəsində üstünlük əldə etməyə çalışır.

“Ona görə də biz bu cəbhədə də bir an belə dayanmamalıyıq, və düşmən həmlələrinə layiqincə cavab verməliyik”,- deyə o qeyd edib.

Millət vəkili həmçinin Azərbaycanın bütün diplomatik üsul və vasitələrlə, o cümlədən parlament diplomatiyası vasitəsilə erməni saxtakarlığını və yalanlarını hər zaman ifşa etdiyini də qeyd edib.

“Artıq ölkəmizdə ictimai-siyasi, sosial-iqtisadi sahələrdə vəziyyəti və eləcə də bölgələrimizdə baş verən bütün hadisələri analitik təhlilə cəlb edən beyin mərkəzlərimiz formalaşmaqdadır”.

“Onlar tərəfindən hazırlanan hesabatlar da Azərbaycan reallıqlarının olduğu kimi təqdim olunmasına və yayılmasına xidmət edir”.

Sonda C.Feyziyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolundan da danışıb.

“Hazırda milli mediamız ölkəmizdə baş verən hadisələr fonunda təkmilləşmə mərhələsini yaşayır. Biz bu müsbət tendensiyanı son illər daha çox müşahidə edirik. Lakin Azərbaycan mediasının beynəlxalq KİV ilə əməkdaşlığının və keyfiyyətinin artırlmasına ciddi ehtiyac var.

Düşünürəm ki, tezliklə bu sahədə yeni yaranmış Media İnkişaf Agentliyi öz töhfəsini verəcək”.

Vüsalə Balayeva, Bizim.Media

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160690

XƏBƏR LENTİ

virtual_roadi

05.05.2021Sevgi Ünvanı
Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31