Xocalı soyqırımı İngiltərə mətbuatında

24.02.2021 - 15:11

Böyük Britaniyanın “The London Post” saytında Milli Məclisin deputatı Cavanşir Feyziyevin və Böyük Britaniya Nümayəndələr Palatasının üzvü Bob Bləkmənin birgə müəllifi olduqları məqalə dərc olunub. “Xocalı soyqırımı və onun qurbanları” adlı məqalə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunub.

Məqalədə bildirilir ki, 1945-ci ildən sonra yaradılmış və bütün dünya tərəfindən qəbul olunmuş beynəlxalq norma və prinsiplərə zidd olaraq, Azərbaycanının ərazi bütövlüyünə qarşı silahlı hücum yolu ilə onun Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun işğal olunması və bu ərazilərdən bütün azərbaycanlıların etnik təmizlənməyə məruz qoyulması, sadəcə, Ermənistan tərəfindən beynəlxalq qanunların pozulması deyil. Hələ 1980-ci illərdən başlayaraq son 30 il ərzində Ermənistan dövləti Azərbaycana qarşı çoxsaylı müharibə cinayətləri, insanlığa qarşı cinayət və soyqırımı cinayətləri törədib. Bu cinayətlər yüz minlərlə azərbaycanlının fundamental insan haqlarından, o cümlədən öz doğma torpaqlarında yaşamaq hüququndan məhrum olması ilə nəticələnib.

Məqalədə Xocalı soyqırımının tarixi və təfərrüatları barədə geniş məlumat verilib. Müəlliflər, həmçinin 27 sentyabr – 10 noyabr tarixlərində baş vermiş 44 günlük Vətən müharibəsinin nəticələri haqqında da Britaniya oxucularına məlumat verib, torpaqlarımızın azad olunmasını ədalətin bərqərar olunması kimi dəyərləndiriblər. Bob Bləkmən və Cavanşir Feyziyev bildiriblər ki, ərazi bütövlüyünün təmin olunması Ermənistanı Azərbaycana qarşı törətdiyi cinayətlərə görə məsuliyyətdən azad edə bilməz. Son 30 il ərzində Ermənistan tərəfindən Azərbaycan ərazisində törədilmiş bütün cinayətlər, o cümlədən Xocalı soyqırımı ən xırda detallarına qədər öyrənilməli və Ermənistan beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161607

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930