Aralıq Dənizi Ölkələri Parlament Assambleyasının və TÜRKPA-nın ilk birgə videokonfransı keçirilib

31.03.2021 - 13:37

Martın 30-da Aralıq Dənizi Ölkələri Parlament Assambleyasının (ADÖPA) və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) “Dayanıqlı iqtisadi dirçəlişin formalaşdırılmasında bölgələrarası əməkdaşlıq” mövzusunda birgə onlayn konfransı keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 2020-ci ildə bu iki qurum arasında ortaq maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın təşviqi üçün imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələləri özündə ehtiva edən bu tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏTPA) nümayəndələri də iştirak ediblər. Beynəlxalq konfransın məqsədi hər iki bölgədə iqtisadi canlanmanı sürətləndirmək üçün siyasət və qanunvericilik sahələrində təcrübə mübadiləsinin həyata keçirilməsi idi.

Milli Məclisin deputatı, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq münasibətlər Komissiyasının üzvü Cavanşir Feyziyev Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə 2020-ci il aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının(TDƏŞ) “COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik və əməkdaşlıq” mövzusunda fövqəladə Zirvə görüşü keçirildiyini xatırladaraq, Azərbaycan rəhbərliyinin pandemiyanın yaratdığı sosial-iqtisadi problemlərin həllində göstərdiyi səyləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Deputat Prezident İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının sədri qismində bu quruma üzv ölkələrin dövlət başçılarının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün təşkil edildiyini və BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirildiyini vurğulayaraq, pandemiya dövründə Azərbaycanın beynəlxalq əməkdaşlıqla bağlı təşəbbüslərindən bəhs edib.

Pandemiyanın iqtisadiyyata təsirindən danışan Cavanşir Feyziyev Azərbaycan iqtisadiyyatının 2020-ci ildə təxminən 4 faiz azaldığını, ancaq bununla belə, qeyri-neft sənayesində, elektrik enerjisi, qaz istehsalında, kənd təsərrüfatı və rabitə sahələrində artımın olduğunu diqqətə çatdırıb.

Sonra konfransda məhdudlaşdırıcı tədbirlərdən qeyri-mütənasib olaraq təsirlənmiş özəl sektorun, xüsusən də, kiçik və orta biznesin qarşılaşdığı problemlərin aradan qaldırılması üçün təcrübə mübadiləsi, milli iqtisadiyyatların ekoloji və rəqəmsal transformasiyasına dair fəaliyyət planlarının paylaşılması, aşağı karbonlu və dairəvi iqtisadi modellərə keçid, hər iki bölgədə İKT imkanlarının artırılması, həmçinin mövcud sağlamlıq böhranının aradan qaldırılmasında peyvənd əməkdaşlığının rolu, peyvəndin milli və regional iqtisadiyyatlara müsbət təsirləri barədə müzakirələr aparılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161823

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930