VHP “Pasxa bayramı” münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

02.05.2021 - 00:53

Vətəndaş Həmrəyliyi Partiyası (VHP)  “Pasxa bayramı” münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib. Təbrikdə deyilir: “Bu gün dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün milli azlıqları, o cümlədən pravoslav xristianlar ictimai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, Azərbaycan dövlətinin inkişafında fəallıq nümayiş etdirirlər. Azərbaycan vətəndaşı adını layiqincə təmsil edən ölkəmizdə yaşayan provaslav xritian icması üzvlərini Pasxa bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Pasxa bayramı insanlar üçün gələcəyə inamla baxmaq kimi bir əhəmiyyət kəsb edir. Pasxa yaxşılığı və sevgini təcəssüm etdirən böyük mənəvi əhəmiyyətə malikdir. O insanlarda inam, ümid yaradır, yaxşı işlər görməyə, yaxınlarına kömək etməyə həvəsləndirir.  Pasxa bayramı əmin-amanlığın, həmrəyliyin, xeyirxahlıq və şəfqət duyğularının rəmzidir. Qoy bu bayram dünyamızın çətin günlərində insanlara sevinc, ailələrə xeyir-bərəkət gətirsin. Bir daha sizləri təbrik edirik. Bayramınız mübarək olsun!”.

Short URL: http://www.cumhuriyyet.net/?p=163038

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728