Bakıdan Naxçıvana ilk avtobus yola düşüb
Uzun müddətli fasilədən sonra Bakıdan Naxçıvana ilk avtobus reysi yola salınıb. Dövlət Avtomobil Nəqliyyatı Xidməti xəbər verir ki, ilkin olaraq yalnız səhər reyslərinin fəaliyyəti nəzərdə tutulub.
Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=165206