Icra başçısı qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüşüb

Mediaxeberleri.Az xəbər verir ki, 2020-2021-ci tədris ilində Qazax rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində 34 tam orta məktəb üzrə 718 nəfər 11-ci sinfi bitirib, onlardan 560 nəfər ali və orta ixtisas məktəblərinə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib. 362 nəfər ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçid balını toplayıb, 33 məktəb üzrə 320 nəfər tələbə adını qazanıb. Tələbələrdən 8 nəfəri 600 baldan, 46 nəfəri 500 baldan, 69 nəfəri 400 baldan, 79 nəfəri 300 baldan, 87 nəfəri 200 baldan, 31 nəfəri isə 100 baldan yuxarı nəticə göstərib.
Hər il olduğu kimi, bu ildə 600 baldan yuxarı nəticə göstərən tələbələr, məktəb direktorları, ibtidai sinif müəllimləri və sinif rəhbərləri hədiyyələrlə mükafatlandırılıblar.
Short URL: http://www.cumhuriyyet.net/?p=166892