Təhsil Naziri Gəncə Dövlət Universitetinin tələbə yataqxana kompleksinin açılışında iştirak edib

23.09.2021 - 11:37

Gəncə Dövlət Universitetinin Yataqxana Kompleksi 1967-ci ildə ilk dəfə tikilib istifadəyə verilmişdir. 1993-cü ildə burada Kəlbəcər rayonundan olan 150 ailə məskunlaşdırılmışdır. 2014-cü ildə köçkünlər Gəncə şəhəri ətrafında salınan qəsəbəyə köçürülmüşdür. 2018-ci ildə Yataqxana Kompleksinin əsaslı təmir edilməsi üçün vəsait ayrılmış, 2020-ci ildə Yataqxana Kompleksində təmir tikinti işləri tamamlanmışdır. Ərazinin ümumi sahəsi 11450 kv. metr-dir.

Yataqxana Kompleksində 744 nəfər tələbə qala bilər. Kompleksdə 4 qonaq otağı  da mövcuddur. Yataqxana Kompleksi yüksək sürətli internet, fasiləsiz elektrik  enerjisi (generator) və daimi isti-soyuq su ilə təmin olunmuş, müasir isitmə  sistemi  qurulmuşdur. Kompleksdə 3 yaşayış binası, 400 tələbənin eyni anda  istifadə  edə  biləcəyi Yeməkxana Kompleksi, basketbol meydançası, fantan, yaşıl zona və istirahət zonası mövcuddur. Hər bir mərtəbədə yaşayış otaqları, mətbəx, sanitar  qovşaq, istirahət  otağı, akt zalı yerləşir. Binaların I mərtəbəsində camaşırxana da mövcuddur. Kompleksdə 95 ədəd təhlükəsizlik kamerası quraşdırılıb. Korpuslardan birində (A korpusunda) universitetin əsaslı kitabxanası yerləşir.No description available.No description available.

No description available.

Təhsil  naziri  Emin Əmrullayevi  Yataqxana Kompleksinin qarşısında rektor Yusif  Yusibov  qarşıladı. Açılışda Təhsil naziri Emin Əmrullayev,Gəncə şəhəri İcra Hakimiyyətinin başçısının birinci müavini Səməd Tomuyev və digər rəsmi şəxslər iştirak etdi. Görüş zamanı rektor müasir və gözəl arxitekturaya malik yataqxana binasını tələbələrə hədiyyə etdiyi üçün Dövlət Başçısına  professor-müəllim  heyəti  və  tələbə kontingenti adından minnətdarlığını  bildirərək, kompleks  haqqında  ümumi  məlumat  verdikdən  sonra  A  korpusunda  yerləşən  infrastruktur  ilə  yaxından tanış olmaq üçün binaya və ilkin olaraq universitetin əsaslı kitabxanasına, binada yerləşən yaşayış otaqlarına, akt zalına, istirahət otağına, camaşırxanaya, nəzarət otağına, mətbəxə baxış keçirilmiş, daha sonra  B  korpusunda yerləşən infrastruktur ilə yaxından tanış olduqdan sonra Yeməkxana Kompleksi ilə tanışlıq baş tutmuşdur.

Sonda  Kompleksin  həyətində  yerləşən istirahət meydançasında təhsil naziri  və  rektorun  iştirakı  ilə Gəncə şəhərindən olan yüksək ballı tələbələrlə görüş təşkil  edilmişdir. Səmimi şəraitdə keçirilən görüşdən sonra nazir yaradılmış bütün şərait üçün  universitet  rektoruna  təşəkkür edərək, Yataqxana Kompleksinin gələcək fəaliyyətində uğurlar arzuladı.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

 

No description available.No description available.No description available.No description available.No description available.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167004

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031