“Bakcell” Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib

19.10.2021 - 14:07

“Bakcell” Bakı şəhərində, “Sahil” metro stansiyasının yaxınlığında yeni konsept mağazasını istifadəyə verib. Müştərilərin rahatlığını təmin etmək məqsədilə yeni dükan özündə müştəri xidməti, eyni zamanda nömrə və aksessuar satışı funksiyasını birləşdirərək “hər şey bir arada” innovativ konsepsiyası əsasında qurulub.

Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən yeni mağazanın qurulmasıda müştəri yönümlü yanaşmadan istifadə edilib. Burada abunəçiləri mobil rabitə xidmətlərinə aid bütün məsələlərdə kömək edə bilən xüsusi hazırlıq keçmiş əməkdaşlar qarşılayacaq. İnteryerin sadə zona bölgüsü sayəsində müştərilər üçün bütün lazımi məlumatlar daha əlçatan, müştəri xidməti təmsilçiləri və dükan əməkdaşları ilə ünsiyyət isə daha asandır.

“Əminəm ki, bu konsept mağazada biz hər bir müştərimizə daha üstün keyfiyyətli xidmət göstərəcəyik, çünki bütün yeni açılan mərkəzlərimizdə olduğu kimi, burada da bütün xidmət prosesi “hər şeyin mərkəzində müştəri dayanır” yanaşması üzərində qurulub. Xidmətlərimizi Azərbaycanın bütün regionlarında yaşayan abunəçilərimiz üçün daha əlçatan etmək məqsədilə biz ölkənin müxtəlif şəhər və rayonlarında yeni konsept mağazaların qurulmasını davam etdirəcəyik. Bu il növbəti dəfə “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülmüş Bakcell şəbəkəsi və özündə yüksək keyfiyyətli müştəri xidməti və satış funksiyasını birləşdirən yeni konsept mağazalar vasitəsilə biz müştərilərimizi bazarda ən üstün müştəri təcrübəsi ilə təmin etməyə davam edəcəyik”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.

Mağazanın şəhərin mərkəzində yerləşməsini nəzərə alaraq, burada korporativ müştərilərə xidmətin göstərilməsi və B2B görüşlərinin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, Bakcell şirkəti bu ilin sonunadək bir neçə yeni mağazanın açılışını planlaşdırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=167718

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31