Qazaxda Xalq şairi Mirvarid Dilbazinin 110 illiyi münasibətilə tədbir keçirilib

18.08.2022 - 18:36

Qazax Rayon İcra Hakimiyyəti, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, Qazax Xeyriyyə İctimai Birliyi və Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin birgə təşkilatçılığı ilə müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ilk qadın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110 illiyi ilə əlaqədar Qazax rayonunda yubiley tədbiri keçirilib.

Mediaxeberleri.az xəbər verir ki, əvvəlcə Mirvarid Dilbazinin 85 illiyi zamanı ulu öndər Heydər Əliyevin və Xalq şairi Mirvarid Dilbazinin çıxışları olan videoçarx izlənilib.

Tədbirdə çıxış edən “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı qonaqları salamlayaraq, Mirvarid Dilbazinin həyat və yaradıcılığından danışıb.

Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qeyd edib ki, Qazax məşhur şair və yazıçılar, tanınmış şəxsiyyətlər yetişdirib: “Xalq şairi Mirvarid Dilbaziyə ulu öndər Heydər Əliyev böyük qiymət verib. Bu bir daha onu göstərdi ki, Mirvarid Dilbazi Azərbaycan poeziyasının bir incisi, bir mirvarisidir”.

Qazax Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov çıxış edərək bildirib ki, Mirvarid Dilbazi ədəbiyyatımızı yeni-yeni obrazlarla zənginləşdirən sənətkardır. Onun çoxsaylı əsərləri vətəndaşlıq duyğularının yüksək poetik ifadəsidir.

Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri Əməkdar incəsənət xadimi Barat Vüsal, şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu, yazıçı publisist Məti Osmanoğlu, tanınmış şair Səadət Buta, şair, neftçi Zaməddin Ziyadoğlu, Vüsal Sehranoğlu çıxış edərək Mirvarid Dilbazinin Azərbaycan ədəbiyyatında tutduğu yüksək mövqeyindən geniş söhbət açıblar, şeirlərindən səsləndiriblər. Xanlıqlar kənd tam orta məktəbinin şagirdləri, Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbinin şagirdləri ifalarında Mirvarid Dilbaziyə həsr olunmuş şeirləri təqdim olunub.

Xanəndə Mehranə Vəliqızı, müğənni Arif Mehmandost və aşıq Samir Allahverdiyev öz ifaları ilə tədbiri rövnəqləndiriblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=180889

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930