“Göyçə Zəngəzur Respublikası” adlı qurumun təxribatçı əməli

21.09.2022 - 15:02

Son günlərdə mətbuat və sosial şəbəkələrdə Göyçə-Zəngəzur Respublikasının yaradılması barədə xəbərlər yayılır. Tarixi mənbələrdən də bəlli olduğu kimi Göyçə, Zəngəzur və hətta İrəvan Azərbaycanın tarixi torpaqlarıdır. Cənab Prezident İlham Əliyev də ən mötəbər kürsülərdən dəfələrlə bütün dünyaya bəyan edərək qeyd etmişdir ki, “Hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə  Ermənistana verildi.  Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi”.

 

Ancaq bütün bunlara baxmayaraq indiki son dərəcə həssas dönəmdə Göyçə-Zəngəzur Respublikasını elan etmək düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil, tamamilə yanlış, məqsəd və məramı bilinməyən, hətta  bir qədər şübhə doğuran və Azərbaycanın dövləti maraqlarına zidd olan düşünülməmiş addımdır.

 

Xüsusilə də son zamanlar Ukraynada gedən müharibə və dünya dövlətlərinin bu müharibəyə münasibəti, Azərbaycan-Ermənistan sərhəddində ermənilərin törətdiyi təxribatlar və onların bununla bağlı Azərbaycan əleyhinə apardığı yalan, əsası olmayan kompaniya və ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana bədnam səfəri zamanı Türkiyəyə qarşı heç zaman baş verməmiş saxta “soyqırımı” abidəsi önündə saxta göz yaşları axıtması ilə eyni zamanda bu məsələnin yenidən gündəmə gətirilməsi zərərli fəaliyyətdir, Azərbaycanın dövləti və milli maraqlarına tamamilə ziddir və eyni zamanda ermənilərin Azərbaycana qarşı törətdiyi bütün təxribat, şər və böhtanlarına baxmayaraq beynəlxalq aləmdə dövlətimizin sülh tərəfdarı kimi qazandığı imicinə bilərəkdən və ya bilmədən vurulmuş bir zərbədir.

 

Hesab edirik ki, bu addımın arxasında məkirli bir niyyət, dövlət və dövlətçiliyimizin əleyhinə olan hansısa qüvvələrlə iş birliyi və yaxud bu addımın mahiyyətini anlamayan, başa düşməyən şəxslər dayanır. Bu addımı mahiyyət etibarı ilə xüsusilə də indiki zamanda Azərbaycan  Respublikasının iradəsinə uyğun olmayan və dövlətimizin  bölgədə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun apardığı  daxili və xarici siyasətə zərər vuran məsuliyyətsiz hərəkət hesab etmək olar.

 

Hətta haqlı olaraq Qərbi Azərbaycan İcması “Göyçə-Zəngəzur Respublikası” adlı qurum adından müxtəlif paylaşımlar edilməsi ilə bağlı bəyanatla çıxış edib və həmin bəyanatda qeyd edilir: “Son zamanlar “Göyçə-Zəngəzur Respublikası” adlı qurum adından müxtəlif məsuliyyətsiz paylaşımlar edilir. Bununla bağlı Qərbi Azərbaycan İcmasına çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq bildiririk ki, Qərbi Azərbaycan İcması “Göyçə-Zəngəzur Respublikası” adlı bir qurumu tanımır, onunla heç bir əlaqəsi yoxdur və tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edir. Bütün media nümayəndələrindən xahiş edirik ki, Qərbi Azərbaycanla bağlı hər hansı bir informasiyanın dəqiqliyinə əmin olmaq üçün Qərbi Azərbaycan İcmasına müraciət etsinlər”.

 

“Rizvan Talıbov adlı şəxsin “Göyçə-Zəngəzur Respublikası” ideyası avantüradır və Azərbaycanın əsl məqsəd və hədəfləri ilə bağlı yanlış rəy formalaşdırmaq məqsədi güdür”.

 

Digər məsələ: qarşısı Göyçə-Zəngəzur və Türkiyə Respublikasının bayraqları ilə bəzədilmiş Göyçə-Zəngəzur Respublikasının nümayəndəliyinin Türkiyənin paytaxtı Ankara şəhərində açılışıdır. Əslində hesab edirik ki, məramı və məqsədi bilinməyən bu qurumun bu tipli fəaliyyəti tarixin ən çətin məqamlarında bizə arxa duran, yanımızda olan, problemlərimizin həllində bizə təmənnasız yardımçı olan Türkiyənin adının belə Azərbaycanın dövləti maraqlarına zidd olan  yanaşmalar Azərbaycan -Türkiyə münasibətlərinə də xələl gətirir.
Elxan Hüseynov

Sumqayıt Dövlət Universitetinin rektoru, professor

modern.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182271

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31