Qazaxda çətin tərbiyə olunan şagirdlərlə bağlı iclas keçirilib

25.10.2022 - 18:40

Oktyabrın 24-də Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli və İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəblərdə təhsil alan çətin tərbiyə olunan şagirdlərlə bağlı Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib.

İcra Hakimiyyətində dəyirmi masa ətrafında keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Komissiya üzvləri, Qazax Rayon Təhsil Sektorunun baş məsləhətçisi Əziz Məmmədov, adı çəkilən məktəblərin direktorları, direktor müavinləri, çətin tərbiyə olunan şagirdlərin sinif rəhbərləri və digər aidiyyəti şəxslər iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclası giriş sözü ilə açaraq keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bugünkü iclasın əsas məqsədinin adı çəkilən məktəblərdə çətin tərbiyə olunan və risk qrupuna aid edilən şagirdlərlə bağlı görülməsi nəzərdə tutulan işləri müzakirə etmək olduğunu bildirib. İcra başçısı məktəb rəhbərlərinə çətin tərbiyə olunan şagirdlər barədə hüquq-mühafizə orqanlarına, Rayon İcra Hakimiyyətinə, eləcə də həmin məktəblilərin valideynlərinə vaxtında məlumat verilməsini qeyd edib. Məktəbdə müəllimlərin, sinif rəhbərlərinin, məktəb psixoloqlarının həmin şagirdlərlə, onların valideynləri ilə mütəmadi olaraq söhbətlər aparmalarının, onları daim nəzarətdə saxlamalarının vacibliyini bildirib. Bu cür şagirdlər tərəfindən hər hansı bədbəxt, xoşagəlməz hadisənin baş verməməsi üçün vaxtında lazımi addımların atılmalı olduğunu diqqətə çatdırıb. Sözügedən məktəblərdə, o cümlədən rayon üzrə bütün məktəblərdə çətin tərbiyə olunan uşaqlarla bağlı görüləcək işlər və digər məsələlərlə əlaqədar aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.

Qazax Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov, Rayon Məhkəməsinin sədri Nemət Musayev çıxış edərək iclasın vaxtında keçirilən bir tədbir olduğunu vurğulayıblar. Rayon rəhbərinin də bildirdiyi kimi, çətin tərbiyə olunan şagirdlər haqqında hüquq-mühafizə orqanlarına vaxtında məlumat verilməsini qeyd ediblər. Məktəbdə bu cür şagirdlər tərəfindən törədilən hər hansı bir hadisə zamanı məktəblilərlə yanaşı, məktəb müəllimlərinin, sinif rəhbərlərinin, valideynlərin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıblar. Hadisə baş verməzdən əvvəl həmin hadisəni törədəcək şəxslər barəsində lazımi addımların atılmasının vacibliyini diqqətə çatdırıblar.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, RİH başçısı aparatı yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Gulaya Həsənova, Qazax Rayon Təhsil Sektorunun baş məsləhətçisi Əziz Məmmədov, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Bayramova və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər. Bu gün iclasda səslənən fikirlərdən, bildirilən iradlardan hər iki məktəb rəhbərliyinin nəticə çıxarmalı olduqlarını söyləyiblər. Məktəblərdə müəllim-şagird, müəllim-valideyn münasibətlərinin düzgün qurulması, məktəbdə hər bir şagird haqqında hansısa bir narahatlıq hiss etdikləri zaman ilk növbədə valideyninə, sonra isə aidiyyəti şəxslərə məlumat vermələrini bir daha qeyd ediblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184086

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930