Ukrayna Baş Qərargahı son sutkada Rusiyanın itkilərini açıqlayıb

06.08.2023 - 12:02

Ukrayna ordusu ötən gün ərzində Rusiya ordusunun daha 590 hərbçisini məhv edib. “Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukdakı hesabında bildirib.

Qeyd edilib ki, müharibənin başlanğıcından bu günə kimi Rusiya təxminən 249 700 canlı qüvvəsini itirib.

Məlumata görə, müharibənin başlandığı 24 fevral 2022-ci ildən bu günə kimi Rusiya ordusunun ümumi döyüş itkiləri belədir: şəxsi heyət – təxminən 249 700 nəfər; tanklar – 4 237 (son gündə daha 5 tank) ədəd; zirehli döyüş maşınları – 8 265 (+22) ədəd; artilleriya sistemləri – 4 965 (+22) ədəd; RYAS (reaktiv yaylım atəş sistemləri) – 705 (+1) ədəd; hava hücumundan müdafiə sistemləri – 466 ədəd; təyyarə – 315 ədəd; helikopterlər – 311 ədəd; PUA-lar – 4 126 (+10) ədəd; qanadlı raketlər – 1 359 (+12) ədəd, avtomobil texnikası və yanacaq çəni – 7 441 (+19) və xüsusi texnika – 734 (+4).

Short URL: http://www.cumhuriyyet.net/?p=194239

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728