Erməni idmançıya qalib gələn Avropa çempionu: “Qələbəni şəhidlərimizə həsr edirəm”

01.11.2023 - 10:43

“Qələbəni Azərbaycan xalqına, şəhidlərimizə, qazilərimizə həsr edirəm”.

Bunu “Report”a açıqlamasında Litvanın Kaunas şəhərində keçirilən kudo üzrə Avropa çempionatında qızıl medal qazanan Azərbaycan karateçisi Elbrus Səmədov deyib.

O, turnirdəki hər üç görüşündə qalib gəldiyini xatırladıb: “Final qarşılaşmasında rəqibim Ermənistan təmsilçisi idi. Bu, çox məsuliyyətli görüş oldu. Mən Azərbaycan xalqının adından orada iştirak edirdim. Uduzmaq şansım yox idi və şükürlər olsun ki, qələbə qazandım. Məşqçilərimə və bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Çox sevinirəm, mənim üçün böyük uğurdur”.

19 yaşadək idmançıların mübarizəsində gümüş medal əldə edən Kənan İsmayılzadə döyüşlərin çox ağır keçdiyini vurğulayıb: “Buna baxmayaraq, öz sözümüzü dedik. Bayrağımızı dalğalandırdıq. Bizimlə birlikdə 13 ölkə təmsilçiləri var idi. Gələcək hədəflərim dünya və Avropa çempionu olmaqdır. Bunun üçün çalışacağam”.

Short URL: http://www.cumhuriyyet.net/?p=196658

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930