“Qarabağ”ın futbolçusu ermənilərə qarşı oyuna çıxır

26.03.2015 - 23:05

“Erməniləri məyus yola salmaq üçün əlimizdən gələni edəcəyik”

rr“Azarkeşlərimizi yaxşı nəticələrlə sevindirmək istəyirik. Doğma meydanda ancaq qələbə haqda düşünürük. Rəqibin oyunlarına baxmışıq. Necə oynadıqlarını bilirik. Erməniləri məyus yola salmaq üçün əlimizdən gələni edəcəyik”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Ermənistanla oyuna hazırlaşan Albaniya millisinin düşərgəsində olan “Qarabağ”ın futbolçusu Ansi Aqolli deyib.

Albaniya mətbuatına danışan Ansi Azərbaycan – Ermənistan münaqişəsini unutmayıb: “Məlum məsələdi ki, “Qarabağ”da oynadığımdan bu matç mənim üçün önəmlidi. Klubda mənə deyildi ki, uduzsan, geri qayıtmaya bilərsən. Təbii ki, bu, zarafatdı. Ötən seçmə mərhələdə erməniləri məğlub edəndə klubdan mənə xüsusi mükafat verdilər. Ola bilsin ki, bu dəfə də qalib gələcəyimiz halda məni Azərbaycanda yenə mükafatlandıracaqlar”.

Short URL: http://www.cumhuriyyet.net/?p=19679

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031