Obama Ərdoğana zəng etdi və…
ABŞ prezidenti Barak Obamanın prezident Ərdoğana telefon açdığı bildirilir. Ağ Ev-dən verilən məlumata görə, telefon danışığı zamanı İŞİD-lə mübarizədə əməkdaşlıq, İraq və Suriyayda təhlükəsizliyin təmin olunması müzakirə olunub. Eyni zamanda, Yəmən və Ukraynadakı son proseslər, İranla nüvə müzakirələri də danışıq mövzusu olub. Obama, danışıq zamanı İraq və Suriyadan Türkiyəyə sığınan 2 milyon qaçqına dəstək verdiyiniə görə prezident Ərdoğana minnətdarlıq edib.
azadliq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=19705