Prezidentliyə namizəd vəzifəsini dondurdu

10.01.2024 - 13:19

Azərbaycan Respublikası prezidentliyinə namizədliyi qeydə alınan Fuad Əliyev Müstəqil Həmkarlar Birliyinin sədri vəzifəsi üzrə vəzifələrinin icrasını dayandırıb.

Musavat.com xəbər verir ki, Seçki Qərargahın rəhbəri Xəzər Teyyublunun bildirdiyinə görə, 9 yanvar 2024-cü il tarixli qərarı ilə 2024-cü il fevralın 7-nə təyin edilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Əliyev Fuad Ağasi oğlu namizəd kimi qeydə alınıb.

10 yanvar 2024-cü il tarixindən Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 69.2-ci maddəsinin tələbinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınan Fuad Ağasi oğlu Əliyev Müstəqil Həmkarlar Birliyin İdarə Heyətinin sədri vəzifəsi üzrə xidməti vəzifələrinin icrası ödənişsiz məzuniyyətə göndərilməklə müvəqqəti dayandırıb.

Fuad Əliyev Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 70.1-ci maddəsinə əsaslanaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 130-cu maddəsinə uyğun olaraq qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üzrə ödənişsiz məzuniyyət götürüb.

Müstəqil Həmkarlar Birliyin İdarə Heyətinin qərarına görə sədr müavini Əhməd Rəhmanov seçki müddətində sədrin səlahiyyətlərini həyata keçirəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=197390

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930