Əmək Müfəttişliyi 4 milyona ofis icarəyə götürür

10.01.2024 - 14:47

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyi Xidmətinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, Əmək Müfəttişliyinin keçirdiyi bina sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Əliyeva Ülkər Firudin qızı olub. Dövlət Əmək Müfəttişliyi Xidməti Əliyeva Ülkər Firudin qızına məxsus 4 400 kv. metr qeyri-yaşayış sahəsini 60 ay müddətinə icarəyə götürür. Əmək Müfəttişliyi Xidməti icarə haqqı olaraq Əliyeva Ülkər Firudin qızına 3 milyon 828 min manat (ayda 63 min 800 manat) ödəyəcək.

Məlumat üçün bildirək ki, Əmək Müfəttişliyi Xidməti ötən ilin avqust ayında Əliyeva Ülkər Firudin qızından sahəsi 1 980 kv. metr binanı 5 ay müddətində icarəyə götürüb və 140 min 580 manat ödəyib. Onu da bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan qurumların bir çoxu ofis sahələrini icarəyə götürürlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197408

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031