Qarlı hava nə vaxtadək davam edəcək?

24.01.2024 - 12:09

“Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Hazırda Bakıya və Abşeron yarımadasına qar yağır. Axşama doğru yağıntının tədricən kəsiləcəyi gözlənilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, hazırda bölgələrdə də yağıntılar davam edir: “Havanın temperaturu 1 dərəcəyədək istidir. Axşam saatlarında 0 dərəcəyədək enəcək. Yağıntılı hava ilə əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq. Bölgələrdə də yağıntılar davam edir. Axşama doğru tədricən kəsiləcək. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimal olunur”.

G. Məmmədova əlavə edib ki, yanvarın 25-də həm paytaxtda, həm də bölgələrdə hava şəraiti gün ərzində sabit, əsasən yağmursuz keçəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=197982

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031