Spirtli içkilərin qiyməti bahalaşdı
Azərbaycanda spirtli içkilərin qiymətində bahalaşma müşahidə olunur. Tribunainfo.az xəbər verir ki, xüsusilə xarici ölkə istehsakı olan spirtli içkilərin qiyməti qalxıb. Artıq bir neçə gündür araq, çaxır kimi spirtli içkilər yeni qiymətlə təklif edilir. Bu məhsulların qiyməti 80-90 qəpik daha baha olub.
Xatırladaq ki, sonuncu dəfə ötən ilin noyabrında yerli istehsal olan spirtli içkilərin qiyməti bahalaşmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=198303