DİN Bakıda erməni qardaşların saxlanılması ilə bağlı məlumat yaydı

01.02.2024 - 12:54

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar zamanı avtomobillərdən oğurluq edən əvvəllər məhkum olunmuş Səyyad Qənbərov, Ramana və Sabunçu qəsəbələrində 10-a yaxın evdən oğurluq edən Rövşən Cəfərov, Vüqar Sadıxov və Elçin Danilyan saxlanılıblar. Əməliyyat zamanı saxlanılanlardan ikisi ermənidir və qardaşdırlar – 1966-cı il təvəllüdlü Rövşən Cəfərov və 1971-ci il təvəllüdlü Elçin Danilyan.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, erməni qardaşlar əvvəllər də oğurluq və digər cinayətlərə görə saxlanılıb: “Belə ki, 2019-2020-ci illərdə Bakıda ev quşları oğurladıqları üçün saxlanılan erməni qardaşlar əməllərini etiraf edib”.

Məlumata görə, qardaşlar Sabirabad rayonunun sakinləridir. Rövşən evlənəndən sonra həyat yoldaşının soyadını götürüb. Sonradan cütlük boşansa da, həmin şəxs Cəfərov soyadını saxlayıb. Elçin isə Danilyan soyadını dəyişməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=198365

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930