“Araz” supermarket məhkəmə qarşısında – İşə Ali Məhkəmədə baxılacaq

21.02.2024 - 10:42

Ölkənin aparıcı supermarketlər şəbəkəsindən biri olan “Araz”a qarşı məhkəmə iddiası qaldırılıb. Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bədəlov Bəxtiyar Əbülfəz oğlu tərəfindən qaldırılıb. Şikayətçi “Araz” supermarketindən işə bərpa olunmasını və əmək haqqını tələb edir. Qeyd edək ki, iddia Ali Məhkəmənin hakimi Vüqar Həsənovun icraatına verilib.

Məlumat üçün bildirək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan “Araz Supermarket” MMC-nin nizamnamə kapitalı 7 milyon 55 min 20 manat, qanuni təmsilçisi isə Rəşad Arif oğlu İbrahimovdur. “Araz” supermarketləri OBA və SPAR marketəri ilə birlikdə “Veysəloğlu” MMC-yə məxsusdur. Bakı şəhəri Nizami rayonu 2-ci eninə, ev 2 ünvanında qeydiyyatda olan “Veysəloğlu” MMC-nin nizamnamə kapitalı 8 milyon 826 min 172 manatdır.

2006-cı ilin may ayının 22-də dövlət qeydiyyatına alınan “Veysəloğlu” MMC-nin qanuni təmsilçisi Bəxtiyar Allahverdi Adil oğludur. Bəxtiyar Allahverdi eyni zamanda “Veysəloğlu” şirkətinin baş direktorudur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198669

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930