Dövlət Xidməti Ağcabədidə gənclərlə görüş keçirib

21.02.2024 - 11:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Ağcabədi rayonunda yuxarı sinif şagirdlərinin iştirakı ilə zərərli vərdişlərin fəsadlarına həsr edilmiş görüş keçirilib. Görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və digər rəsmi nümayəndələr iştirak edib. Tədbirdən əvvəl qonaqlara orta məktəb şagirdləri tərəfindən hazırlanan zərərli vərdişlərin insan orqanizminə və həyatına vurduğu ziyanın əks olunduğu rəsmlər nümayiş olunub.

Tədbirdə çıxış edən SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov gənclər arasında zərərli vərdişlərin yayılmasının qarşısının alınması məqsədilə görülən işlər barədə danışıb. Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının zəruriliyini vurğulayıb.

Sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarına müəyyənedici təsir göstərən sağlamlıq meyarlarının yüksək səviyyədə saxlanılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu bildirib. F.İsmayılov Xidmətin aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə koordinasiya olunmuş birgə fəaliyyətinin Silahlı Qüvvələrin sağlam, fiziki və psixoloji cəhətdən hazırlıqlı çağırışçılarla komplektləşdirilməsinə töhfə verdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, analoji tədbir əvvəlki aylarda ölkənin bir sıra rayonlarında təşkil edilib və gələcək aylarda digər yerlərdə də keçirilməsi planlaşdırılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198678

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930