Milli Məclis bələdiyyələrlə bağlı qanun layihəsini müzakirəyə çıxarır

27.02.2024 - 12:22

Milli Məclis martın 1-də bələdiyyələrin birləşməsi, ayrılması və ləğv edilməsi ilə bağlı qanun layihəsini müzakirəyə çıxaracaq. “Report”un xəbərinə görə, bununla bağlı məsələ Regional məsələlər komitəsinin iclasının gündəliyinə daxil edilib.
İclasda aşağıdakı məsələlər müzakirə olunacaq:
1. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).
2. “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).
Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub. Layihəyə əsasən, 1000 evdən az olan kəndlərin bələdiyyələri ləğv olunacaq və böyük bələdiyyələr yaradılacaq. Digər bir dəyişikliklə isə bələdiyyələrin sayı təxminən iki dəfə azaldılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=198838

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728