Xəzərdə naməlum hədəf aşkarlandı: Sərhədimizi pozanlar saxlanıldı -VİDEO

27.02.2024 - 15:37

Azərbaycan Respublikasının dəniz sərhədini pozan şəxslər saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Xəbərə görə, fevral ayının 22-də Dövlət Sərhəd Хidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqələri və sərhəd gözətçi gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində “Şahdağ” sərhəd gözətçi gəmisi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsinin Ələt reydi istiqamətində cənuba doğru hərəkət edən naməlum hədəf aşkar edilib.

Hədəfin saxlanılması məqsədilə Sahil Mühafizəsinin gəmiləri tərəfindən təqibetmə əməliyyatlarına başlanılıb, sərhəd bölmələri aidiyyəti üzrə məlumatlandırılıb, regional şöbələrin texniki müşahidə məntəqələri tərəfindən müşahidələr gücləndirilib və sahil xəttinin qapadılması məqsədilə təxirəsalınmaz tədbirlər görülüb. Sərhəd gözətçi gəmisinin sürətli manevrləri nəticəsində Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin cənub istiqamətində Kürdili adası reydində “Yamaha-200” mühərriki ilə təchiz edilmiş iki nəfər heyət üzvü olan itisürətli qayıq saxlanılıb.

Dəniz sərhədini pozduqlarına görə saxlanılmış qayığın heyət üzvlərinin İran İslam Respublikası vətəndaşları – 1986-cı il təvəllüdlü Yusifinecat Mehran Tağı oğlu və 1994-cü il təvəllüdlü Şəhram Mahmudi Qafur oğlu olduqları müəyyən edilib.
Fаktla bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir/

Short URL: http://www.cumhuriyyet.net/?p=198856

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31