Xocalıdakı məzarlıqda uşaq qalıqları aşkar edildi

01.03.2024 - 12:10

Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha bir azyaşlının qalıqları çıxarılıb. Bu barədə AzVision.az Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

“İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
(https://genprosecutor.gov.az/az/post/7329)
Qeyd olunan ərazidə davam edən baxış istintaq hərəkəti nəticəsində bu gün daha bir azyaşlıya aid insan qalıqları aşkar edilmiş, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 5 nəfər şəxsə (onlardan 2 nəfərin azyaşlı olması ehtimal edilir) məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib. Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində hadisə yerinin müayinəsi davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=198967

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728