Dövlətə 4,1 milyon borcu olan Hüseyn Əmrahov həbs edildi

13.03.2024 - 11:06

Dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan keçmiş məmura hökm oxunub.  Qaynarinfo-nun məlumatına görə, “Nurəddinoğlu” MMC, “Tikinti Təmir RR” MMC və digər 5 şirkətin qanuni təmsilçisi olan Əmrahov Hüseyin Nurəddin oğlu şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xüsusilə külli miqdar təşkil edən 4.148.179,53 manat məbləğində vergi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınaraq, Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədib.

Hüseyn Əmrahov sözügedən şirkətləri adına açaraq 2016-2021-ci illər ərzində bir sıra şəhər və rayon icra hakimiyyətlərinin keçirdiyi tenderlərdə qalib gəlib, nəticədə onun vergi borcu yaranıb. 1977-ci ildə Xaçmaz rayonunda anadan olmuş Hüseyn Əmrahov 1994-cü ildən 1998-ci ilə qədər Xaçmaz şəhər uşaq yaradıcılıq mərkəzində bədii rəhbər, 1998-ci ildən 2011-ci ilə kimi Xaçmaz rayon hərbi komissarlığında qeydiyyat və təxsisləşmə üzrə müfəttiş, 2-ci bölmənin əməliyyat müvəkkili və 4-cü bölmənin rəis köməkçisi vəzifələrində işləyib.

2013-cü ildən 2016-cı ilə kimi müxtəlif xarakterli ticarət işləri ilə məşğul olub, təxminən 2016-cı ilin sonu və 2017-ci ilin əvvəlində sözügedən MMC-ləri adına təsis edib. Çalışdığı müddət ərzində vəzifəli şəxslərlə münasibət quraraq, öz şirkətlərinin tenderlərdə və digər aldı-satqı məsələlərdə iştirakına imkan yaradılıb. Bank əməliyyatlarını əsasən özü həyata keçirib. Bu səbəbdən də hesablanmış vergilərlə razılaşdığını, törətdiyi əmələ görə peşman olduğunu deyib.
Məhkəmənin qərar ilə Hüseyn Əmrahov Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 6 il 11 ay 29 gün azadlıqdan məhrumetmə cəzası məhkum olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199210

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930