Azərbaycan 4 kəndə daxil olacaq: Paşinyan qapalı görüşdə vaxt istəyib?

13.03.2024 - 11:21

“Paşinyanın mətbuat konfransı Azərbaycanın 4 kəndlə bağlı ultimatumuna cavab, daha doğrusu, bu ultimatumun qəbul edilməsinin vacibliyinin cəmiyyətə çatdırılması idi”.

Bu barədə erməni politoloq Stepan Danielyan deyib. Onun sözlərinə görə, Azərbaycan 4 kəndin dərhal qaytarılmasını istəyir.

“Aydındır ki, bu ultimatumdur. Böyük ehtimalla, Azərbaycan bu kəndlərə hərbi müstəvidə müdaxilə edəcək. Paşinyan da həmin ərazilərin təhvil verilməsinə zəmin hazırlayır. Güman ki, qapalı görüşlərdə vaxt istəyib, deyib ki, “gözləyin, kəndlərin qaytarılmasının qanuni olduğunu elan edim”.

Paşinyan Azərbaycanın gündəliyinə uyğun hərəkət edir. O deyir ki, Azərbaycanla razılaşmaqdan başqa yolumuz qalmayıb”, – erməni politoloq bildirib. (Publika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=199216

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930