“Qarabağ” 11-ci dəfə çempion oldu

30.03.2024 - 11:24

“Qarabağ” 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib. Qaynarinfo-nun məlumatına görə, bu, Premyer Liqanın XXVIII turuna təsadüf edib. Ağdam təmsilçisi dördüncü – sonuncu dövrənin ilk turunda “Kəpəz”i darmadağın edib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda Julio Romao (21-ci dəqiqə), Olavio Juninyo (52, 56), Abbas Hüseynov (64), Elvin Cəfərquliyev (69) və Redon Cicanın (88) vurduğu qollar sayəsində 6:1 hesablı qələbə qazanan “köhlən atlar” 2023/2024 mövsümünün sonuna 8 tur qalmış xallarının sayını 69-a yüksəldərək rəqibləri üçün əlçatmaz olub.

“Kəpəz”in təsəlli qolunun müəllifi 90-cı dəqiqədə Latir Fal olub. Bu, həm də Qurban Qurbanovun baş məşqçi kimi 10-cu çempionluğudur. Qeyd edək ki, turun ilk oyununda “Neftçi” səfərdə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. Digər qarşılaşmalar martın 30-31-də keçiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=199734

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930