İran Azərbaycana yeni səfir təyin edib
İran Azərbaycana yeni səfir təyin edib və o, tezliklə Bakıya gedəcək. Bu barədə İran KİV-i İran Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, 2020-ci ildən İranın Bakıdakı səfiri vəzifəsində çalışan Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb.
Xatırladaq ki, martın 28-də İran mediası Baku TV-nin müxbirinə müsahibə verdikdən sonra səfiri istefaya çağırıb.(Trend)
Short URL: http://www.cumhuriyyet.net/?p=199781