Bakıda DƏHŞƏT: Oğlunu və gəlinini baltaladı — MƏHKƏMƏ İŞİ

01.04.2024 - 14:41

Ali Məhkəmədə Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Mehti İsmayılovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.  Pravda.az bildirir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası aprelin 2-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehti İsmayılov 14 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsində onun şikayətini təmin etməyib. İttihama görə, hadisə Bakının Maştağa qəsəbəsində qeydə alınıb. Mehti İsmayılov hadisə zamanı oğlu Rəşadın başından baltayla zərbə vurub, gəlini Cəmalənin üzünün bir neçə yerində balta zərbələrindən çapıq yaranıb, sol budundan bir neçə yerdən kəsik xəsarətləri alıb. O, məhkəmədə ifadə verərək oğlu və gəlininin onun arvadını dəfələrlə döyməsindən bezdiyini, buna görə də onların hər ikisini öldürmək istədiyini bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=199832

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31