Vidadi Zeynalovun 43 milyonluq əmlak davası davam edir

01.04.2024 - 14:53
“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun ailə üzvləri Baş Prokurorluğu məhkəməyə verib.  Qaynarinfo xəbər verir ki, Vidadi Zeynalovun övladları Zeynal Zeynallı, Lalə Zeynalova, Pərviz Zeynalov və xanımı Natəvan Zeynalova Binəqədi Rayon Məhkəməsində Baş Prokurorluğa qarşı iddia qaldırıb.
İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. İddialara görə, məhkəmə çəkişməsi əmlak məsələsi ilə bağlıdır. İş hakim Pərviz Məmmədovun icraatındadır.
Vidadi Zeynalovun ailəsi bundan əvvəl Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsini məhkəməyə vermişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, həbs qoyulmuş 43 milyon manat dəyərində əmkalını geri istəyir.
Məlumata görə, o, bu prosesi də uduzub. Lakin görünür ki, Zeynalov geri çəkilmək niyyətində deyil. Ona görə də bu dəfə Baş Prokurorluğun özünü məhkəməyə verib.  Vidadi Zeynalov 2015-ci il noyabr ayının 13-də həbs edilib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən Vidadi Zeynalov 73 milyon 590 min manat məbləğində dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi. O,  2019-cu ilin mart ayında azadlığa buraxılıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199836

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031