Ramiz Mehdiyevin 86 yaşı tamam oldu – Daimi həkim nəzarətindədir…
Bu gün Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin 86 yaşı tamam olur.
“AzPolitika” məlumatlı mənbələrə istinadla xəbər verir ki, o, Almaniyada uzunmüddətli müalicə prosesindən sonra ötən ay Azərbaycana qayıdıb və hazırda bağ evindədir. Qeyd olunur ki, R.Mehdiyevin səhhəti hazırda stabil olsa da bir sıra xəstəliklərdən əziyyət çəkir və daimi həkim nəzarətindədir.
Xatırladaq ki, fevralın 21-də Mərkəzi Klinik Xəstəxanada Ramiz Mehdiyevin baş nahiyəsində yaranmış problemlər müayinə olunduqdan sonra 10-a yaxın həkimin iştirakı ilə konsilium keçirilib. Həkimlər keçmiş PA rəhbərinin yaxınlarına onun müalicə üçün ölkə xaricinə aparılmasını məsləhət görüblər. Daha sonra o ailə üzvlərinin müşaiyəti ilə Almaniyaya aparılıb və klinikaların birndə bir neçə həftəlik müayinə və müalicə prosesi keçib.
Yüksək hakimiyyət postlarında olduğu zamanlardan fərqli olaraq hazırda onun doğum gününü yada salan yoxdur. Məmurlar, hakim partiya təmsilçiləri susmağa üstünlük verirlər….
Short URL: http://www.cumhuriyyet.net/?p=200136