Bəzi bölgələr üçün orta riskli sarı xəbərdarlıq verilib
Qərb bölgələri üçün mayın 25-də gözlənilən küləkli hava şəraiti haqqında narıncı, digər bölgələr üçün isə orta riskli sarı xəbərdarlıq verilib. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Gəncə-Qazax bölgəsində narıncı, Daşkəsən-Gədəbəy, Qarabağ, Balakən-Şəki, Mərkəzi-Aran, Naxçıvan MR-da isə sarı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətinin mayın 25-i saat 13:00-a olan məlumatına əsasən öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq Gəncə-Qazax bölgəsində güclü külək əsir. Küləyin maksimal sürəti 25-30 m/s təşkil edir. Naxçıvan, Şəmkir, Tovuz və Naftalanda isə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 18-20 m/s-dək güclənib.
Short URL: http://www.cumhuriyyet.net/?p=200607