“Avro-2016″nın seçmə mərhələsində ilk qələbəni qazandıq: Azərbaycan-Malta 2:0

28.03.2015 - 23:21

rrBu gün “Avro-2016”nın seçmə mərhələsinin H qrupunda Azərbaycan milli komandası növbəti matçına çıxıb. ANS PRESS-in məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi millimiz doğma meydanda Malta ilə qarşılaşıb. Qeyd edək ki, bu oyun xorvatiyalı mütəxəssis üçün millimizdə ilk rəsmi oyun idi.

Turnir cədvəlinin sonunca pilləsində qərarlaşan komandamız seçmə mərhələdə keçirdiyi dörd qarşılaşmada xala həsrət qalıb. Millimiz qrupun autsayderlərindən olan Malta ilə görüşdə üç xal qazanıb. Cavid Hüseynov qarşılaşmanın 4-cü dəqiqəsində Azərbaycan millisi önə çıxarıb. Oyunun artırılma dəqiqələrində Dmitriy Nazarov baxımlı qol vurmaqla hesabı 2:0-a çatdırıb.

Qələbə sayəsində yığmamız sonuncu pillədən qurtula bilib.

Azərbaycan – Malta – 2:0
Qollar: Cavid Hüseynov, 4 (1:0), Dmitri Nazarov, 90+2 (2:0)

Short URL: http://www.cumhuriyyet.net/?p=20062

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031