İrəvanda 240 adam həbs edildi
Ermənistanın paytaxtı İrəvanda yenidən başlayan hökumət əleyhinə etirazlarda 240-dan çox etirazçı saxlanılıb. Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi hökumət əleyhinə qruplar səhər saatlarından Yerevanın bəzi küçələrini nəqliyyatın hərəkəti üçün bağlayıb.
Müxalifət deputatları da daxil olmaqla, polis qüvvələri ilə fəallar arasında vaxtaşırı toqquşmaların yaşandığı bildirilib.
Fəallar Paşinyanla görüş istəyiblər, lakin baş nazir bu xahişə cavab verməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=200668