İcra başçıları seçkilərə görə məzuniyyətə tez çıxıb?

03.06.2024 - 12:00

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə dair xəbərlər ciddiləşməkdədir. Gununsesi.info-ya hökumətdəki mənbələrdən yeni məlumat daxil olub.

Bildirilib ki, rayon-şəhər icra hakimiyyəti orqanlarının başçılarına yay məzuniyyəti indidən verilməyə başlanılıb.

Məlumata görə, parlament seçkiləri sentyabr ayının sonuna yaxın keçiriləcək. Ona görə də icra başçıları qarşısında avqustun ilk həftəsində işə qayıtmaq tələbi qoyulub.

Qeyd edək ki, MSK sədri Məzahir Pənahovun və bir sıra YAP funksionerlərinin bunun mümkünlüyü barədə dediklərindən sonra PA-nın rəhbərliyi səviyyəsində siyasi partiya liderləri ilə görüş keçirilib.

Daha əvvəl növbədənkənar parlament seçkilərinin avqust ayının ilk həftəsində keçiriləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=200945

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031