Azərbaycanda 6 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

03.06.2024 - 12:30

Orta ixtisas təhsili müəssisələrində keçirilən ilkin monitorinqlər yekunlaşıb. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Musavat.com-a verilən xəbərə görə, Agentlik tərəfindən Bakı şəhərində yerləşən 14 orta ixtisas təhsil müəssisəsində monitorinqlər keçirilib. Bununla da Agentliyin tabeliyində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrində ötən ilin sonundan etibarən keçirilən ilkin monitorinqlər yekunlaşıb.

Monitorinqlər zamanı kolleclərin maddi-texniki bazasına və bir sıra tədris sənədlərinə baxış keçirilib, eləcə də tədris prosesi izlənilib. Nəticədə Ağdam Dövlət Sosial-İqtisadi Kolleci, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) nəzdində Sosial-İqtisadi Kolleci, ADİU-nun nəzdində Qida Sənayesi Kolleci və ADİU-nun nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktorları və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleclərinin tədris işləri üzrə direktor müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, monitorinqlər ölkə üzrə 35 orta ixtisas təhsil müəssisəsində keçirilib və nəticələr barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılıb. Monitorinqlər nəticəsində ümumilikdə 6 direktor və 4 direktor müavini ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=200953

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930