Milli Ordunun zabiti şəhid olub

29.03.2015 - 01:09

rrMartın 27-də cəbhənin Ağdam istiqamətində şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti, baş leytenant, 1980-ci il təvəllüdlü Əhmədov İqbal Sərraf oğlunun cənazəsi martın 28-də doğulduğu Lənkəran rayonuna gətirilib. Cumhuriyyet.az AZƏRTAC-a istinadən xəbər verir ki, şəhid hərbçimiz, bu gün ailə üzvlərinin yaşadığı Aşağı Nüvədi kəndindəki qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində “N” saylı hərbi hissənin yüksək rütbəli zabitləri, döyüş yoldaşları, rayon rənbərliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə şəhidin ruhuna dualar oxunub.

Çıxış edənlər hərbçi ailəsində doğulan İqbal Əhmədovun Vətənin ləyaqət və şərəfini öz canından üstün tutması ilə qürur duyduqlarını diqqətə çatdırıblar.

Sonra şəhid İqbal Əhmədov yaylım atəşləri altında son mənzilə yola salınıb, Azərbaycanın üçrəngli bayrağı, uğrunda canını qurban verdiyi torpağa tapşırılıb.

Qeyd edək ki, baş leytenant İqbal Əhmədov 1998-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2003-2004-cü illərdə təlim-tədris mərkəzindən sonra hərbi qulluğa başlayıb. Ön cəbhədə xidmət aparıb. Ailəli olub, bir oğlu, bir qızı var.

Allah rəhmət eləsin!

Short URL: http://www.cumhuriyyet.net/?p=20101

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728