Daha 3 jurnalistin həbs müddəti uzadıldı – Məhkəmə qərarları

12.06.2024 - 12:25

Məhkəmə “Abzas Media”nın direktoru Ülvi Həsənli barəsində qərar qəbul edib.

Mia.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində bu gün keçirilən məhkəmə iclasında onun barəsində olan həbs qətimkan tədbiri üç ay müddətinə uzadılıb.

Qeyd edək ki, Ü.Həsənli ötən ilin noyabr ayında “Abzas Media” işi ilə əlaqədar saxlanılıb, daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinir.

***

“Abzas Media”nın direktor müavini Məhəmməd Kekalovun həbs müddəti uzadılıb.

Mia.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında onun barəsində olan həbs qətimkan tədbiri üç ay müddətinə uzadılıb.

Qeyd edək ki, o, ötən ilin noyabr ayında “Abzas Media” işi ilə əlaqədar saxlanılıb, daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

M.Kekalov Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinir.

***

Xətai Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında da”Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı barəsində olan həbs qətimkan tədbiri daha üç ay müddətinə uzadılıb.

Mia.az xəbər verir ki, bu “Report”a onun vəkili Elçin Sadıqov məlumat verib.

Qeyd edək ki, o, ötən ilin noyabr ayında “Abzas Media” işi ilə əlaqədar saxlanılıb, daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

Sevinc Vaqifqızı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=201319

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031