Bakıda küçədə atəş açıldı: Ölən var – VİDEO
Nərimanov rayonunda bir nəfər küçədə güllələnib. Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bir nəfər kişi odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisədə şübhəli bilinən şəxs saxlanılıb.
Bildirilib ki, iyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=201891