Azərbaycanlı alim YÜKSƏK MÜKAFATA layiq görüldü – FOTO

01.07.2024 - 13:51

Kanadanın Toronto Universitetinin professoru, Kanadada fəaliyyət göstərən Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin (Azerbaijani Women’s Support Centre) İdarə Heyətinin üzvü Nazilə İsgəndərova 2023-cü il Ontario Hökumətinin Müxtəliflik üzrə Çempion Mükafatının (Champion of Diversity Award) 4 laureatından biri seçilib.

Musavat.com xəbər verir ki, bu mükafat Ontarioda immiqrantların uğuru, iqtisadi artım, mədəni müxtəliflik və inklüzivliyə töhfə verən şəxsləri, qrupları və təşkilatları təqdir edir.

DİVER.jpeg (105 KB)

SERTİ.jpeg (90 KB)

Qeyd edək ki, Nazilə İsgəndərova həm də Ontario Könüllü Xidmət Mükafatı və Vaughan şəhərinin fəxri vətəndaşlıq ordeninin laureatıdır. Nazilə İsgəndərova Toronto Universitetində və Wilfred Laurier Universitetindən psixoterapiya sahəsində müdafiə edib.

Professor İsgəndərova psixoterapiya sahəsindəki elmi araşdırmalarına görə nüfuzlu Forum for Theological Exploration, Canadian Association for Spiritual Care Senior Research Award və Society for Pastoral Counselling tərəfindən mükafata layiq görülüb. Hazırda xanım İsgəndərova Toronto Universitetinin Viktoria Universitetinin Emmanuel Kollecində Psixopatoloji və İslam psixoterapiyası dərslərini tədris edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=202157

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031