Bakıda əməliyyat zamanı polis kapitanı vuruldu

07.07.2024 - 13:04

Bakıda polis əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Mia.az Suraxanı rayon prokurorluğuna istinadla bildirir ki, iyulun 7-də paytaxtın Suraxanı rayonu Binə qəsəbəsi ərazisində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1983-cü il təvəllüdlü Mehman Məmmədov polis əməkdaşları tərəfindən saxlanılarkən bıçaqla müqavimət göstərib.

Mehman Məmmədovun tutularaq istintaqa cəlb edilməsindən ötrü Qaradağ RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncunun polis əməkdaşı 1986-cı təvəllüdlü Fəxrəddin Nəsirova bıçaqla xəsarət yetirərək qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrilə cinayət işi başlanaraq, istintaq aparılır. Mehman Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=202491

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930