İbrahim Tatlısəs 2-ci dəfə ölümdən döndü: 6 günlük komadan sonra ilk FOTO
Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəsin əməliyyatdan sonra ilk dəfə üz görüntüsü yayımlanıb. ANS PRESS-in məlumatına görə, martın 9-da ABŞ-ın Florida ştatının Mayami şəhərində beyin əməliyyatı keçirən məşhur türk müğənnisi İbrahim Tatlısəs 6 günlük koma vəziyyətindən sonra hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.
“İndi sıra saqqaldadır” – deyə sənətçinin oğlu “Instagram” sosial şəbəkəsində birlikdə çəkdirdikləri fotoşəkli paylaşarkən yazıb. Bundan əvvəl isə sənətçinin oğlu atasının təsbeh çəkərkən əlinin görüntüsünü çəkmiş və sosial şəbəkədə paylaşmışdı.
Xatırladaq ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb. O, uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşmışdı, lakin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb. Məşhur türküçü həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olundu. O, əməliyyatın riskli olduğunu nəzərə alaraq əvvəlcədən yaxınları və dostları ilə halallaşmışdı. 6 gün komada qalan İbonun oyandırıldıqdan sonra adi otaqlardan birinə köçürüldüyü bildirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=20549