Bakıda dəhşət: ana körpəsini zibil qutusuna atdı

01.04.2015 - 11:39

Körpənin meyiti üzərində ekspertiza keçirilib

zibilxanaBakının Səbail rayonunda dəhşətli hadisə baş verib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 20-ci sahə adı ilə tanınan yaşayış massivində, Arif İsmayılov küçəsi, dalan 2 ünvanındakı zibil qutularından birində yeni doğulmuş uşaq meyiti tapılıb. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər.

İlkin baxış zamanı yeni doğulmuş oğlan uşağının üzərində zorakılıq əlaməti aşkarlanmayıb. Lakin daxili müayinə nəticəsində körpənin qəsdən öldürülməsinə xas əlamətlər üzə çıxıb.

Aparılmış operativ tədbirlər nəticəsində körpəni dünyaya gətirən qadının kimliyi müəyyən edilib və o, – Əzimova Gülnarə Nəriman qızı polis bölməsinə dəvət edilib. O, ilkin ifadəsində uşağın ölü doğulduğunu bildirsə də, sonradan oğlunun doğuşdan sonra vəfat etdiyini təsdiq edib. O əlavə edib ki, imkanı olmadığı üçün körpəsini dəfn edə bilməyib və torbaya qoyaraq zibil qutusuna atıb.

Qeyd edək ki, G.Əzimova Səbail rayonunda kirayədə yaşayır.

Faktla bağlı araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq cinayət işinin başlanması istisna deyil.

Short URL: http://www.cumhuriyyet.net/?p=20588

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728